İyunun sonunda bu ölkədə QAR YAĞIB

30 İyun 2022 20:45

İyunun sonunda Rusiyanın Çelyabinsk vilayətindəki "Taqanay" Milli Parkının ərazisinə qar yağıb.

Milli.Az bildirir ki, bu barədə Rusiya Qoruğunun mətbuat xidməti xəbər verir.

Xidmət izah edib ki, 1146 metr hündürlükdə Bolşoy Taqanay silsiləsinin ən şimal və ən geniş zirvəsi olan Dalnıy Taqanayda ilin bu vaxtı üçün qeyri-adi yağıntı müşahidə oluna bilər.

"Yayın ortasında Uzaq Taqanaya qış gəldi - yüngül qar və temperaturun demək olar ki, mənfiyə enməsi ilə özünü xatırlatdı. Dağ tundrasında belə hava anomaliyaları o qədər də nadir hal olmasa da, razılaşarsınız ki, iyunun sonunda ətrafın ağardığını görmək qəribədir", - milli parkdan bildirilib.

Qoruq əlavə edib ki, yağıntılar uzun sürməyib və günün ikinci yarısında ərazidə günəşli hava hökm sürüb. Eyni zamanda səmada daha bir qeyri-adi hadisə - qoşa göy qurşağı müşahidə olunub.

İrfan Vəliyev
Milli.Az