Azərbaycanlı qadın iki azyaşlı uşağı ilə 16-cı mərtəbədən atılıb

30 İyun 2022 18:52

Çərşənbə axşamı, iyunun 29-da Volqoqradda yaşayış binasının yaxınlığında pəncərədən yıxılmış qadın və iki uşağın cəsədi tapılıb.

Milli.Az bildirir ki, bu haqda vilayət İstintaq Komitəsi məlumat yayıb.

İlkin məlumata görə, 32 yaşlı ana və onun 5 və 7 yaşlı qızları dünyasını dəyişib. Onlar 16-cı mərtəbənin pəncərəsindən özlərini atıblar.

Qonşular ölənlərin Azərbaycandan olduğunu və Çunayev soyadını daşıdığını iddia edirlər.

İrfan Vəliyev
Milli.Az