Məşhur müğənninin uşaqlıq evi hərraca çıxarılacaq

30 İyun 2022 19:00

ABŞ-ın Missisipi ştatında müğənni və aktyor Elvis Preslinin uşaqlıqda yaşadığı ev hərracda satılacaq.

Milli.Az bildirir ki, "New York Post" qəzetinin məlumatına görə, bina sökülüb satılır.

Tyupelo şəhərindəki ev 2022-ci ilin avqustunda hərraca çıxarılacaq. Başlanğıc qiyməti 30 min ilə 50 min dollar arasında dəyişir. Presli 1943-1944-cü illərdə valideynləri ilə orada yaşayıb. Obyekti 2020-ci ildə satmağa çalışıblar, lakin alıcı tapılmayıb.

Ev sökülmüş vəziyyətdədir - 2017-ci ildə sökülüb qoşquya qoyulub. Əvvəlcə tikilini söküb torpaq sahəsinin qalması planlaşdırılsa da, kolleksiyaçılar evi alıblar. Yığılmış halda mənzil 117 kvadratmetrə çatır, içəridə üç yataq otağı var.

İrfan Vəliyev
Milli.Az