İranda vəbaya yoluxma artıb

30 İyun 2022 16:22

İranın qərbində yerləşən Kürdüstan vilayətində vəbaya yoluxanların sayı 25 nəfərə yüksəlib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Kürdüstan Tibb Elmləri Universitetinin ictimai əlaqələr şöbəsinin rəsmisi Bəhram Kəndayi deyib.

Onun sözlərinə görə, ən çox yoluxma halı vilayətin Mərivan rayonunda qeydə alınıb. Belə ki, bu rayonda 22 nəfər infeksiyaya yoluxub.

Kəndayi əlavə edib ki, yoluxanların 1 nəfəri xəstəxanaya yatırılıb, qalanları isə stasionar şəkildə müalicə olunurlar.

İranlı rəsmi qeyd edib ki, infeksiyaya yoluxmanın qarşısını almağın ən asan yolu çirkli su, meyvə və göyərtilərin istifadə olunmamasıdır.

Milli.Az