Futbol dünyasını çalxalayan transfer: Neymarın getmək istədiyi klub heyrətə gətirdi

30 İyun 2022 14:22

İngiltərənin "Nyukasl Yunayted" klubu Neymarı transfer etmək üçün ciddi fəaliyyət yürüdür.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, bu barədə "Times" qəzeti məlumat yayıb. Bildirilir ki, Neymar PSJ rəhbərliyi ilə görüşüb və klubdan ayrılmaq barədə qərar qəbul edib. Məlumata görə, Neymar İngiltərədə futbol oynamaq istəyir.

Bildirilir ki, ərəb iş adamlarının aldığı "Nyukasl Yunayted" Neymarı transfer etmək üçün lazımi qədər büdcə ayırmağa hazırdır.

Milli.Az