DİQQƏT! Bu şəxslər sürücülük hüququndan məhrum ediləcək - VİDEO

30 İyun 2022 13:30

Narkotik vasitələrin təsiri altında avtomobil idarə edirlər.

Milli.Az Xəzər xəbər-ə istinadən xəbər verir ki,son vaxtlar belə sürücülərin saxlanması ilə bağlı xəbərlərə rast gəlinir. Hətta onların arasında marşrut xətti üzrə avtobus sürənlər də var. Bu isə təbii ki, cəmiyyətdə narahatlıq doğurur. Vətəndaşlar fikirləşirlər ki,belə halların qarşısının alınması üçün sürücülərmütəmadi yoxlamadan keçirilməlidirlər.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyir ki, sərxoşluğun yoxlanmasında olduğu kimi, narkotik vasitələrdən istifadə edənlərin də aşkarlanması iki cür aparılır. Ancaq qanun həmin şəxslərdə belə əlamətlərlə bağlı şübhələr yarandığı halda bu prosedura icazə verir. 

Cihazın nəticələri isə kağız daşıyıcıya çap olunaraq protokollaşdırılır. 

Daxili işlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev cür hallara qarşı mütəmadi yoxlamaların aparıldığını deyir. 

Narkotik vasitələrin təsiri altında ictimai nəqliyyat vasitələrini idarə edən şəxslərə qarşı isə sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 15 gündən 1 ayadək müddətə inzibati həbs tətbiq olunur. 

Milli.Az