“Gənclərə dəstək” layihəsi iştirakçılarının yekun-hesabat konserti keçirilib - FOTO

30 İyun 2022 12:32

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında "Gənclərə dəstək" layihəsi iştirakçılarının yekun-hesabat  konserti keçirilmişdir.

Qeyd edək ki, Camal İsmayılov adına Neftçala rayon uşaq incəsənət məktəbi və Gəncə şəhəri Fikrət Əmirov adına 1 nömrəli uşaq musiqi məktəbinin şagirdləri ilk dəfə olaraq "Gənclərə dəstək" layihəsində iştirak edirdilər.

Solistlər - Cəfərli Nur (piano), Əlizadə Ayhan (tar), Ağakişiyeva Səriyyə (piano), Həsənova Fidan (violin), Talıbov Siyasət (piano), Abdullazadə Şölə (piano), İbrahimbəyli Aydan (piano), Ocaği Tural (violin), Rzayev Yəhyə (violin), Əliyeva Röya (violin), Sultanlı Vüsal (piano), Aslanlı Firudin (piano), Hüseynzadə Sonaxanım (violin), Bayramova İnci (violin), Hüseynova Esmira (vokal), Tükəzban Mehtiyeva, Rəfiyeva Gülnar (violin), Seyidxanım Babayeva (piano), Səfərli Nərgiz (violin) Həsənzadə Səbinə (violin),Məmmədov Ayxan (tar), Seyid Nuray (violin), Vəliyev Arslan (piano), Məmmədzadə Kənan (violin), Quluzadə Fidan (violin), Feyzullayev Tərlan (violin), Üzeyir Hacıbəyli (violin), Bədirli İnci (piano), Tahirov Ülvi (violin), Quluzadə Toğrul (violin) -Fikrət Əmirov, Faiq Sücəddinov, Həsən Rzayev, Tofiq Bakıxanov, Ferents List, Yan Sibelius, Henri Venyavski, Pyotr İliç Çaykovski, Astor Piazzolla kimi bəstəkarların bir-birindən gözəl əsərlərini ifa etdilər.

Konsert tamaşaçıların gurultulu alqışları ilə sona çatdı.

Onu da qeyd edək ki, "Gənclərə dəstək" layihəsinin ideya müəllifi Filarmoniyanın direktoru, Azərbaycan Respublikasının Xalq Artisti Murad Adıgözəlzadə, koordinatoru musiqişünas Ayla Kərimova-Zəkəriyyədir. Layihə Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Layihənin əsas məqsədi ölkədə gənc istedadların üzə çıxarılması, dəstəklənməsi, dünya və yerli musiqi mədəniyyəti ənənələrinin qorunub saxlanılması, inkişaf etdirilməsidir. Ənənəvi olaraq ayda bir neçə dəfə keçirilən layihənin konsertləri klassik, xor musiqisi, muğam, caz və estrada musiqisi sahələrini əhatə edir.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az