Öldürülmüş adamın kəsilmiş başını məhkəmənin pilləkənlərinə gətirib

30 İyun 2022 19:07

Almaniyanın Bonn şəhərində kəsilmiş insan başını məhkəmə binasının pilləkənlərində qoyan şəxs həbs edilib.

Milli.Az bildirir ki, bu barədə Reuters xəbər verir.

İyunun 28-də axşam saatlarında şübhəli şəxs yoldan keçənlərin gözü önündə məhkəmənin girişində kəsilmiş insan başı gətirərək yatıb. Hadisə şahidləri bu barədə dərhal polisə məlumat veriblər. Şahidlərdən birinin açıqlamasını Almaniyanın "Bild" nəşri təqdim edir: "Kişi kəsilmiş başın bir neçə metrliyində oturmuşdu. Mən sadəcə saçları gördüm və əvvəlcə bunun oyuncaq ayı olduğunu düşündüm. Daha sonra polis gəlib orada oturan şəxsi həbs edib. Sonra deyəsən, mərhumun yaxınları gəlib, yəqin ki, onu tanıyıb, göz yaşları içində gediblər".

Bonn rayonunda yaşayan 38 yaşlı kişi hadisə yerində saxlanılıb. O, heç bir müqavimət göstərməyib və etiraf edib ki, qətlə yetirilən şəxsin cəsədini məhkəmədən bir qədər aralıda Reyn çayının sahilində qoyub.

Ölən şəxs 44 yaşlı kişi olub. Onların əlaqəsinin təfərrüatları araşdırılır. Qətl silahı hələ də tapılmayıb. Polis sözçüsü Robert Şolten, "biz qətl araşdırılması bölməsi ilə işləyirik", - deyib. "Hər iki hadisəni yoxlayacağıq və müvəqqəti həbs olunan şəxsi dindirəcəyik".

İrfan Vəliyev
Milli.Az