"VAZ" traktorun altında qaldı - 4 yaralı var

30 İyun 2022 11:30

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ" markalı minik maşını traktora çırpılıb. Nəticədə 2-si qadın olmaqla, 4 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az