Sərnişinlərə "Airdrop"la lüt şəklini göndərdi, təyyarədən qovdular

30 İyun 2022 12:07

Amerikalı qadın turist sərnişinlərin mobil telefonlarına anonim şəkildə özünün nalayiq fotosunu göndərən şəxsi ifşa edib və onu təyyarədən uzaqlaşdırmağa nail olub.

Milli.Az bildirir ki, o, bu hekayəni TikTok-da danışdı - tez bir zamanda virallaşan video "Independent"in diqqətini çəkdi.

Hadisə Detroytdan Denverə uçan "Southwest Airlines" təyyarəsində baş verib. Uçuş zamanı sərnişinlərdən biri anonim şəkildə həmkarlarına ("Airdrop" fayl ötürmə texnologiyasından istifadə etməklə) iştirakı ilə pornoqrafik foto göndərmək qərarına gəldi - videonun müəllifi də daxil olmaqla, yaxınlıqda oturan bir neçə şəxs ədəbsiz şəkil aldı.

Qızın dediyi kimi, kimin ədəbsiz fotolar göndərdiyini o dərhal tapdı - koridorda onunla eyni sırada oturan yaşlı bir kişi olduğu ortaya çıxdı. Sərnişin hadisə barədə dərhal stüardessalara məlumat verib, ekipaj üzvləri də öz növbəsində hava limanında Denver polisinə xəbərdarlıq ediblər.

Qeyd olunur ki, aviaşirkət hadisəni təsdiqləyib və reysin bütün sərnişinlərindən üzr istəyib.

İrfan Vəliyev
Milli.Az