Bakıda məşhur mehmanxana bağlandı - VİDEO

30 İyun 2022 10:22

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli obyektin fəaliyyətini məhdudlaşdırıb.

Bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, yanğın təhlükəsizliyi qaydalarını pozduğu üçün Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən "Grand" mehmanxanasının fəaliyyəti məhdudlaşdırılıb.

Milli.Az