“Space”də "batdı" deyilən maaşlar ödənildi

30 İyun 2022 10:37

"Yüzlərlə "Space"çinin gözlədiyi gün gəldi. Bəzilərinin "batdı" dediyi yığılıb qalan əmək haqlarımızı aldıq".

Milli.Az xəbər verir ki, bu sözləri Space TV-nin əməkdaşı olan Rahib Səfərov öz "Facebook" hesabında yazıb.

O bildirib ki, uzun müddətdir yığılan maaşlarını nəhayət ki alıblar. 

"Nəhayət, yüzlərlə "Space"çinin gözlədiyi gün gəldi. Bəzilərinin "batdı" dediyi yığılıb qalan əmək haqlarımızı aldıq. Müşfiq Hətəmov "Space TV"yə rəhbərlik etdiyi dövrdən bu kanal yenidən dirildi və heç kəsin zəhməti batmadı. Bundan sonra da kanal yeni-yeni layihələrlə qarşınızda olacaq və biz "Space"çilər də daha əzmlə çalışacağıq".

Milli.Az