Bu rayonlarda su kəsiləcək

30 İyun 2022 09:52

İntensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlıq yüksək olduğundan Kür Sutəmizləyici Qurğular Kompleksində suyun emalı azalıb.

Bu barədə "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən bildirilib.

Qeyd olunub ki, bununla əlaqədar Hacıqabul rayonunun Kür-Bakı magistral kəmərindən su alan kəndlərinə, həmçinin Bakının Qaradağ rayonuna, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir", - məlumatda deyilir.

Milli.Az