“Hər hərəkətimə görə Zakirə imtahan verirəm”

30 İyun 2022 10:45

Müğənni Sevda Yahyayeva həyat yoldaşı Zakir Bayramovla bağlı açıqlama verib.

Milli.Az olay-a istinadən xəbər verir ki, o, bu barədə "Söhbət var" verilişində danışıb.

Sevda deyib ki, həyat yoldaşına hər hərəkətinə görə imtahan verir: "Zakir həm də psixoloq sayılır. Hər verilişdən, müsahibədən sonra evdə imtahan verirəm. Deyirəm, 18 ildir, belə sakitəm, bundan sonra necə dəyişim".

Milli.Az