Fitch: Azərbaycanın bank sistemində problemli kreditlərin göstəricisi sabitləşib

29 Mart 2012 14:39
"Fitch Ratings" beynəlxalq reytinq agentliyinin qiymətləndərməsinə əsasən, Azərbaycanın bank sistemində problemli kreditlərin göstəricisi (90 gün vaxtı keçmiş) 2011-ci ilin sonunda 14 faizlik yüksək səviyyədə sabitləşib.

Trend-in məlumatına görə, bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin MDB maliyyə institutları üzrə direktorunun müavini Dmitri Abramov cümə axşamı Bakıda keçirilən "Azərbaycanın bank sistemi: böhrandan sonra bərpa" adlı təqdimatda bildirib.

Araşdırma reytinq verilən bankların məlumatlarına əsaslanıb.

"Lakin ümumi kreditlərin hələ də 11 faizdən azını təşkil edən kreditlərin yenidən strukturlaşdırılması və müddətinin uzadılması onların gələcəkdə qiymətdən düşmə potensialının mövcudluğunu təsdiqləyir. Əməliyyat sahəsində çatışmazlıqlarla yanaşı, aktivlərin keyfiyyətsizliyi banklarda kreditlərin verilməsinin zəif standartlarına çox vaxt mənfi təsir edir. Kiçik və orta biznes sahəsindəki borclananlara və fiziki şəxslərə görə rəqabətin gücləndirilməsi də bu seqmentdə daha az sərt anderraytinq standartlarının tətbiqi riskini daşıyır", - Abramov deyib.

Bu faktlar nəzərə alınmaqla, "Fitch" reytinqi verilən bankların əksəriyyətinin kapitallaşmasını orta qiymətləndirir. Azərbaycan Beynəlxalq Bankını (AMB) çıxmaq şərtilə, "Fitch" reytinqinə malik bankların zərərləri (həmin zərərlər kapitallaşmaya qarşı minimum tələbləri pozmamaqla yarada biləcəyi ehtiyatların maksimum ümumi həcmi kimi qiymətləndirilir) qarşılamaq qabilliyyəti 2011-ci ilin sonuna ümumi kreditlər portfelində orta hesabla təqribən 12 faiz təşkil edib.

Agentlik qeyd edir ki, gəlirlər hesabına kapitalın zəif generasiyası (bunu 2011-ci ildə aktivlərin rentabellyinin sektorda orta hesabla bir faizlik səviyyəsi təsdiq edir) yəqin ki, daha orta artım, ötən dövrlərdə verilən kreditlər üzrə qiymətdən düşmənin gələcəkdə tanınması, rəqabətin güclənməsi fonunda, habelə bir çox bankların məhdud miqyası və yüksək baza xərcləri nəzərə alınmaqla davam edəcək.

"Fitch"in proqnozlarına əsasən, mənfi xarici sarsıntılar baş verməsə, ölkənin bank sisteminin yavaş bərpası davam edəcək. Bu, pərakəndə depozit bazasının tez artımı hesabına ümumilikdə komfortlu likvidliklə dəstəklənəcək.

"Kreditlərin depozitlərə münasibəti 2011-ci ilin sonunda hələ də yüksək səviyyədə olub, hərçənd qeyri-müştəri fond açılmaları əsasən dövlət və beynəlxalq maliyyə təşklatlarından daxil olur ki, bu da yenidən maliyyələşdirmə risklərini tənzimləyir", - Abramov qeyd edib.

Agentliyin reytin verdiyi Azərbaycan banklarının reytinq sabitliyi hazırda "b" kateqoriyasında və ya aşağıdır. "Fitch" bank sisteminin çatışmazlıqları nəzərə alınmaqla ortamüddətli perspektivdə hər hansı bir əhəmiyyətli artım gözləmir.

"AMB-nin "BB+" səviyyəsində olan və "Mənfi" Rating Watch statusuna malik emitentin defoltu üzrə uzunmüddətli reytinqi (onun payına bank sisteminin aktivlərinin təqribən 35 faizi düşür) "Fitch"in baza ssenarisi üzrə gözləntilərini əks etdirməyə davam edir. Bu ssenariyə əsasən, ölkə hökuməti yekunda banka kapital baxımından kifayət qədər dəstək göstərəcək", - Abramov deyib.

Milli.Az