Vudi Allen karyerasını bitirir

30 İyun 2022 15:15

Amerikalı məşhur kinorejissor Vudi Allen karyerasını sonladırmaq istəyir.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, bu barədə o sosial şəbəkədə məlumat verib.

O bildirib ki, Parisdə daha bir filmi lentə aldıqdan sonra karyerasını bitirəcək. Rejissor buna səbəb isə striminq servislərin daha geniş yayılmasını göstərib.

Qeyd edək ki, dəfələrlə "Oskar" və "Qızıl qlobus" mükafatlarına layiq görülən 86 yaşlı Allen sonuncu dəfə 2020-ci ildə "Rifkin Festivalı" filmini lentə alıb.

Milli.Az