2035-ci ildən Avropada ənənəvi avtomobillər erası bitir - FOTO

3 İyul 2022 10:37

Avropa İttifaqı ölkələri 2035-ci ilə qədər yeni minik və yük maşınları üçün karbon qazı emissiyalarının aradan qaldırılması təşəbbüsünü təsdiqləyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

"Şura CO2 tullantılarının azaldılması hədəflərini 2030-cu ilə qədər minik avtomobilləri üçün 55%-ə, yük avtomobilləri üçün isə 50%-ə yüksəltməyə razılaşıb. Şura həmçinin yeni avtomobillər üçün 2035-ci ilə qədər karbon qazının 100% azaldılması hədəfini təsdiqləyib", - deyə mətbuat xidməti məlumat yayıb.

Milli.Az