Arzusunda olduğu toy mərasimini bəysiz keçirdi - VİDEO

30 İyun 2022 17:45

Türkiyənin Kocaeli şəhərinin sakini Yasemin Ece Şengül özünə bəysiz toy şənliyi keçirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 30 yaşlı qadın uzun müddət arzusunda olduğu gəlinlik paltarını geyinərək valideynlərinin onun üçün təşkil etdikləri mərasimə gələn qonaqların qarşısına çıxıb.

Gəlinliklə şadlıq sarayına daxil olan Yasemin Ece Şengül bəy-gəlin rəqsini öz atası ilə oynayıb.

Daha sonra şənliyin tortu kəsilib, tədbirin sonunda qadın gül çələngini öz rəfiqələrinə tərəf atıb.

Milli.Az