20 kilo ağırlığında geyimlə gündəm oldu - FOTO

30 İyun 2022 09:07

Türkiyənin Şanlıurfa bölgəsində 12 min illik tarixi ilə "tarixin sıfır nöqtəsi" sayılan və YUNESKO-nun Dünya İrs Siyahısında yer alan Göbeklitəpədə moda çəkilişi keçirilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, çəkilişlərdə "Miss Europe 2021" gözəllik yarışmasının 3-cü qalibi Duyğu Çakmak iştirak edib. Çakmak 20 kiloqramlıq geyimi diqqət çəkib.

Göbeklitəpədə çəkilişlərə qatılan modelin jurnal və kataloqlarda istifadə olunacaq fotoçəkilişləri 8 saat davam edib.

Duyğu Çakmağın üzərində modelyer Perihan Demirdelen tərəfindən Göbeklitəpədən ilhamlanaraq hazırlanan və çəkilişlərini moda fotoqrafı Turan Altayın gerçəkləşdirdiyi 20 kiloqramlıq geyimlər də diqqət çəkib.

Milli.Az