“Bugatti” 24 karatlıq qızılla bəzədildi

3 İyul 2022 10:07

"Bugatti" şirkəti Ettora Buqattinin yeganə qızına həsr olunmuş "Chiron" hiperkarının "Le'Ebe" eksklüziv versiyasının təfərrüatlarını açıqlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu modifikasiya Almaniyanın "Poellath GmbH & Co" zərgərlik evi ilə birlikdə üç il ərzində hazırlanıb.

Avtomobilin mavi karbon lifindən yığılmış unikal kuzovu, eləcə də eksteryeri 24 karatlıq qızıldan hazırlanmış detallarla bəzədilib.

Şirkətdən verilən məlumata görə, ümumilikdə üç "qızıl" nüsxə buraxılacaq.

Milli.Az