Növbə gözləməkdən bezən xəstələr həkimi döydülər - VİDEO

30 İyun 2022 17:15

Türkiyənin Şanlıurfa şəhərində özəl tibb mərkəzində növbə gözləyən xəstələr həkimə hücum ediblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə xəstəxananın təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Qeyd olunur ki, həkimin növbədə gözləyən xəstələrin qəbulunu gecikdirməsi onların hiddətinə səbəb olub.

Nəticədə pasiyentlər həkimi döyüblər.

Milli.Az