"Transların qadınlar arasında keçirilən yarışda iştirakı onlara ədalətsizlikdir"

30 İyun 2022 09:37

Böyük Britaniyanın rəqəmsal, mədəniyyət, media və idman naziri Nadin Dorris transgender idmançıların qadın turnirlərindən uzaqlaşdırılmasına çağırıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, beləliklə nazir transseksualların qadınlar arasında yarışlara buraxılması qaydalarını sərtləşdirən Beynəlxalq Üzgüçülük Federasiyasının (FINA) siyasətini dəstəkləyib.

"Biz özümüzü elə göstərə bilmərik ki, cinsiyyət idmandakı performansa təsir etmir", - deyə Dorris bildirib. O, kişi doğulan transgenderlərin qadınların yarışlarında iştirakının digər idmançılara qarşı ədalətsizlik olduğunu vurğulayıb.

Nazir bütün idmançılar üçün ayrı bir həll yolu tapmağa çağırıb.

Milli.Az