Putindən onu lağa qoyan Qərb liderlərinə cavab

30 İyun 2022 08:14

Bilmirəm, necə soyunmaq istəyiblər - belə qədər, yoxsa beldən aşağı. Məncə, bu, istənilən halda iyrənc mənzərə olardı.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin G7 ölkələrinin liderilərinin sammit zamanı onu lağa qoyan sözlərinə münasibət bildirərkən deyib.

Qeyd edək ki, G7 ölkələrinin liderləri Putinin yarıçılpaq şəkildə at üstündə olmasını əks etdirən fotoya işarə ilə Rusiya liderini ələ salmışdılar.

Milli.Az