Makron Cənubi Qafqaza gəlir?

30 İyun 2022 08:04

Madriddə Gürcüstan Baş naziri İrakli Qaribaşvili və Fransa Prezidenti Emmanuel Makron arasında görüş keçirilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Gürcüstan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, görüş zamanı Avropa Şurasının Gürcüstana AB-yə üzvlük perspektivi vermək qərarı və iki ölkə arasında mövcud tərəfdaşlıq məsələləri əsas mövzu olub.

İrakli Qaribaşvili Fransa Prezdenti Emanuel Makronu Gürcüstana dəvət edib.

Milli.Az