Rusiya-Ukrayna sərhədində də atışma oldu

30 İyun 2022 08:52

Rusiya Silahlı Qüvvələri Ukraynanın Sum vilayətini minaatanlardan, artilleriyadan və helikopterlərdən atəşə tutub. Nəticədə 2 nəfər həlak olub, 8-i yaralanıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Sum hərbi administrasiyası məlumat yayıb.

Bundan əlavə, Rusiya-Ukrayna sərhədində də atışmanın baş verdiyi, bir nəfərin yaralandığı bildirilib.

Milli.Az