Bu ölkədə son 150 ilin rekord istiliyi qeydə alınıb

29 İyun 2022 23:39

Yaponiya son 150 ilin ən isti iyun ayını yaşayır.

Milli.Az APA-ya istinadən bildirir ki, günvurmadan əziyyət çəkən onlarla insan xəstəxanalara yerləşdirilib.

Ölkə tarixində ilk dəfə iyunda havanın temperaturu 40 dərəcəni keçib. Rekord göstərici İsesaki şəhərində qeydə alınıb. Paytaxt Tokioda isə ardıcıl 5 gündür hərarət 35 dərəcədən aşağı enmir. Bu hal 1875-ci ildən indiyədək ilk dəfə baş verir.

Milli.Az