"Bu, Rusiyanın öz günahıdır"

29 İyun 2022 23:25

Rusiya ilə münasibətlərin Soyuq müharibənin bitməsindən bəri ən aşağı səviyyəyə enməsi öz günahıdır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri NATO Baş katib Yens Stoltenberq deyib.

"NATO onilliklərdir ki, Rusiya ilə daha yaxşı münasibətlər qurmağa çalışır. Biz NATO-Rusiya Şurasını yaratmışıq. Biz NATO-Rusiya Təsis Aktı ilə bağlı razılığa gəldik. Biz Rusiyanı müxtəlif tədbirlərdə iştirak etməyə dəvət etmişik", - Stoltenberq bildirib.

Milli.Az