Bu ölkələr ilk dəfə...

29 İyun 2022 23:21

Asiya-Sakit Okean regionu ölkələri - Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya ilk dəfə NATO sammitində iştirak edib.

Milli.Az "report"a istinadən bildirir ki, alyansın baş katibi Yens Stoltenberq Madriddə keçirilən sammitin ikinci günündən sonra keçirilən mətbuat konfransında deyib ki, Çin öz hərbi qüvvələrini, o cümlədən nüvə silahlarını artırır, qonşularını və Tayvanı təhdid edir.

"Region ölkələri NATO-nun "Çin təhlükəsi"ni müzakirə etmək üçün toplantıya qatılıblar", - Stoltenberq bildirib.

Milli.Az