Rusiyadan Türkiyəyə etiraz - “Bu addım gərginliyi artıracaq”

29 İyun 2022 23:02

"Rusiya Türkiyəni Suriyanın şimalında gərginliyi artıracaq addımlardan çəkinməyə çağırır".

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Mətbuat konfransında Türkiyənin Suriyanın şimalındakı PKK/YPG terror təşkilatına qarşı mümkün hərbi əməliyyatı ilə bağlı suala cavab verən Zaxarova bildirib:

"Türk tərəfdaşlarımızı gərginliyi təhlükəli şəkildə artıra biləcək addımlardan çəkinməyə çağırırıq. Hesab edirik ki, Suriyanın legitim hökumətinin razılığı olmadan həyata keçirilən silahlı fəaliyyət Suriyanın suverenliyini və ərazi bütövlüyünü pozur".

Milli.Az