Lavrov BMT Baş katibinə söz verdi

29 İyun 2022 22:44

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla BMT-nin baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat deyib.

Tərəflər Ukrayna taxılının, eləcə də Rusiya gübrələrinin dünya bazarına qaytarılmasını müzakirə ediblər.

Lavrov ölkəsinin taxıl böhranının aradan qaldırılması üçün əlindən gələni edəcəyinə söz verib.

Milli.Az