“İri gözlər”in qəhrəmanı dünyasını dəyişdi

29 İyun 2022 22:39

XX əsrin məşhur amerikalı rəssamı Marqaret Kin 94 yaşında vəfat edib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, o, bazar günü vəfat edib.

Qeyd edək ki, məşhur rəssam rejissor Tim Börtonun "İri gözlər" ("Big eyes") bioqrafiya filminin qəhrəmanı olub. O, uzun müddət əri Uolter Kin tərəfindən istismar edilib. Marqaretin məşhur "iri gözlər" əsərləri Uolterin adından sərgilərdə nümayiş olunub. 1970-ci ildə radioda çıxışı zamanı o, əsərlərin həqiqi müəllifinin özü olduğunu etiraf edir. Daha sonra isə ərindən boşanaraq əsərlərinə müəlliflik hüququnu bərpa edir. 

Milli.Az