Bakıda "Lexus" motosikletçi yol polisini vurdu - Anbaan VİDEO

29 İyun 2022 20:20

Bu gün axşam saatlarında yol polisi əməkdaşı qəzaya düşüb.

Milli.Az bildirir ki, qəza Port Bakunun yaxınlığında, Ağ şəhər bulvarına gedən istiqamətdə baş verib.

"Lexus" markalı minik avtomobili kobud qayda pozuntusu edərək xidməti motosikletlə hərəkətdə olan yol polisi əməkdaşını vurub.

Qəza anı arxada gələn avtomobillərdən birinin videoqeydiyyatçısına düşüb.

Milli.Az görüntüləri təqdim edir:

İsmayıl
Milli.Az