İtkin qadınlar tapıldı
10 May 2010 11:56
Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, arelin 30-da saat 18:00 radələrində Suraxanı rayonunda Y.Ramanı qəsəbə sakini Aygün Mirzəyeva evdən gedib və geri qayıtmayıb. Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının səyi nəticəsində A.Mirzəyev tapılaraq geri qaytarılıb.
Ötən il iyunun 18-də evdən gedən Binəqədi qəsəbə sakini Fəridə Miriyeva da tapılaraq evinə qaytarılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Milli.Az