"Bu, su ehtiyatları ilə bağlı məsələni çətinləşdirir"

29 İyun 2022 17:22

Azərbaycan beynəlxalq təşkilatları ölkələrin trans-sərhəd su ehtiyatları üzrə BMT Konvensiyasına qoşulmasına kömək etməyə çağırır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ekologiya naziri Muxtar Babayev Zəngilanın Ağalı kəndində "Su ehtiyatlarının davamlı idarə edilməsində tərəfdaşlığın və fəaliyyətin təşviq edilməsi" mövzusunda beynəlxalq konfrans zamanı deyib.

"Azərbaycan su ehtiyatlarının səmərəli istifadəsinin təmin olunması üçün milli su siyasətini formalaşdırdığı vaxtda regionun əksər ölkələri hələ də konvensiyaya qoşulmayıb və bu, su ehtiyatlarının dayanıqlı idarə olunmasını çətinləşdirir", - nazir deyib.

Onun sözlərinə görə, bütün insanlar üçün təmiz suyun əlçatanlığı Azərbaycan üçün də əsas amillərdən birinə çevrilib.

Milli.Az