“Seksual insanam, erotik filmin fərqli versiyasına çəkilmək istəyirdim”

29 İyun 2022 15:30

"Bozun 50 çaları" seriyası ilə tanınan aktrisa Dakota Conson film haqda "Vanity Fair" jurnalına danışıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, dərginin üz qabığında yer alan sənətçi açıqlamaları ilə diqqət çəkib.

O, Jeymi Dornanla birlikdə çəkildiyi filmlə bağlı xatirələrini bölüşüb:

"Mən seksual insanam və bir şeylə maraqlandığım zaman bu barədə çox şey bilmək istəyirəm. Kastinqdən erotik filmin çox fərqli versiyasına çəkilmək istədiyim üçün keçdim. Gənc idim, 23 yaşım var idi. Ona görə də qorxurdum. Çılğın layihə idi. Çoxlu müxtəlif fikir ayrılıqları var idi. Bu barədə heç vaxt düzgün danışa bilməmişəm, çünki filmi düzgün şəkildə təbliğ etmək istəyirdim və son nəticəylə fəxr edirəm, hər şey istədiyim kimi alındı, amma bunu bacarmaq çətin idi".

Aktrisa bildirib ki, filmdəki ən yaxşı səhnə Anasteyşa və Kristianın seks müqaviləsinin müzakirə edildiyi səhnədir.

"Hələ deyə bilmədiyim şeylər var, çünki heç kimin karyerasına və reputasiyasına xələl gətirmək istəmirəm, lakin həm Ceymi, həm də mənə çox yaxşı münasibət göstərildi", - deyə, Dakota söyləyib.

Milli.Az