Qəflətən həyacanlanıb qorxsanız... - Həkim yazır

5 İyul 2022 21:05

Panik atak, heç bir real təhlükə və ya bəlli bir səbəb olmadıqda ciddi fiziki reaksiyalara səbəb olan güclü qorxunun qəfil epizodudur. Panik atak çox qorxulu ola bilər. Həyəcan tutmaları baş verdikdə, nəzarəti itirdiyiniz, infakt keçirdiyiniz  və ya hətta öldüyünüzü düşünə bilərsiz.

Bir çox insanlar həyatlarında yalnız bir və ya iki dəfə həyəcan tutmaları keçirirlər. Stressli vəziyyət sona çatdıqda tutma yox olur. Ancaq təkrarlanan, gözlənilməz həyəcan tutmaları keçirmişsinizsə, və ya yenidən keçirəcəyinizin qorxusuyla yaşayırsınızsa sizde panik pozulma vəziyyəti ola bilər.

Panik atakların həyat üçün bir təhlükəsi olmasa da, onlar qorxulu ola bilər və həyat keyfiyyətinizə əhəmiyyətli dərəcədə təsir edə bilər. 

Simptomları

Həyəcan tutmaları adətən anidən başlayır. Onlar istənilən vaxt - maşın sürərkən, alış-veriş zamanı, yuxuda olarkən və ya işgüzar görüş zamanı başlaya bilər. 

Panik atakların bir çox variasiyaları var, lakin simptomlar bir neçə dəqiqə ərzində maksimuma çatır. Panik atak keçirdikdən sonra özünüzü yorgun və halsız  hiss edə bilərsiz. 

Həyəcan tutmalarına adətən bu simptomlar daxildir:

- yaxınlaşan təhlükə hissi

- idarəetməni itirmə hissi və ya ölüm qorxusu

- ürək çırpınmaları

- tərləmə

- titrəmə

- nəfəs darlığı və ya boğazda sixilma hissi

- üşümə

- ürəkbulanma

- qarında spazmlar

- sinədə ağrılar

- başağrıları

- başgicəllənmə

- uyuşma və ya qarışqa gəzməsi hissiyyatı

- istigəlmələr

- ayrılıq hissi

Həyəcan tutmalarının ən pis tərəfi yenidən həyəcan tutmasını keçirəcəyinizə dair qorxu hissidir. Panik atakdan o qədər qorxa bilərsiz ki, onun baş verə biləcəyi vəziyyətlərdən uzaq qaçırsiniz.

Nə vaxt həkimə müraciət etmək lazımdır?

Panik atak əlamətləriniz varsa, mümkün qədər tez mütəxəssisə müraciər edin. Həyəcan tutmaları çox narahat edici olsa da təhlükəli deyil. Ancaq panik atakları təkbaşına idarə etmək çətindir və müalicə olmadan daha da pisləşə bilər.

Həyəcan tutmaları simptomları infakt kimi daha ciddi sağlamlıq problemlərinin simptomlarına da bənzəyir, buna göre də simptomlarınıza nəyin səbəb olduğuna əmin deyilsizsə, müəyyən müayinələrlə digər diaqnozlar inkar olunmalıdır.

Səbəblər

Panik ataklara və ya panik pozulmalara nəyin səbəb olduğu bilinmir, lakin aşağıdakı amillər rol oynaya bilər:

Həyəcan tutmaları birdən-birə və əvvəlcədən heç bir əlamət olmadan baş verir. Lakin zaman keçdikcə onlar adətən müəyyən vəziyyətlərdən qaynaqlanır.

Bəzi araşdırmalar göstərir ki, bədənimizin təhlükəyə qarşı təbii mübarizə reaksiyası həyəcan tutmalarının yaranmasında iştirak edir. Məsələn, bir ayı arxamızca gələrcə vücüdumuz instiktiv olaraq reaksiya verir. Vücudumuz həyati təhlükəsi olan bir vəziyyətə hazırlaşdıqca ürək döyüntümüz və tənəffüzümüz sürətlənir. Eyni reaksiyaların çoxu həyəcan tutmalarında da baş verir. Ancaq bəlli bir təhlükə olmadığı halda həyəcan tutmasının niyə baş verdiyi məlum deyil.

Risk faktorları

Həyəcan pozulmasının simptomları daha çox yeniyetməliyin sonlarında və ya erkən yetkinlik dövründə başlayır və kişilərdən daha çox qadınlara təsir göstərir.

Panik atak və ya panik pozulmanın inkişaf riskini artıran amillərə aşağıdakılar daxildir:

- ailə üzvləri arasında panik ataklı xəstənin olması

- sevilən birinin ölümü və ya ciddi xəstəliyik kimi əsas həyati stress

- cinsi təcavüz və ya ciddi qəza kimi travmatik hadisə

- həyatınızdakı əsas dəyişikliklər, məsələn, boşanma və ya ailədə yeni körpənin doğulması

- siqaret çəkmək və ya həddindən artıq kofein qəbulu

- uşaqlıqda fiziki və ya cinsi istisma 

Fəsadlar

Müalicə edilməmiş panik atak və ya panik pozulma həyatınızın demek olar ki, hər sahəsinə təsir edə bilər. Həyəcan tutmalarının başlamasında o qədər qorxu yaranır ki, daim bir qorxu vəziyyətində yaşayırsız və həyat fəaliyyətini pozursunuz.

Panik atakların səbəb ola biləcəyi və ya əlaqəli ola biləcəyi ağırlaşmalara aşağıdakılar daxildir:

- avtomobil sürmək və ya evi tərk etmək qorxusu kimi xüsusi fobiyaların inkişafı

- sağlamlıq problemləri və digər tibbi səbəblər üçün tez-tez tibbi yardım

- sosial vəziyyətlərdən qaçınmaq

- işdə və məktəbdə problemlər

- depresiya, narahatlıq pozulmaları və digər psixiatrik pozulmalar

- intihar düşüncələrinin artması

- alkoqol və digər maddələrdən sui-istifadə 

- maliyyə problemləri

Bəzi insanlar üçün panik pozulmalarına aqorofobiya - həyəcan tutmanız varsa qaça bilməyəcəksiniz və ya kömək ala bilməyəcəyinizdən qorxduğunuz üçün sizi narahat edən yerlərdən və ya vəziyyətlərdən qaçmaq, daxil ola bilər. Yaxud da evinizi tərk etmək üçün yanınızda kiminsə olmasına arxayın ola bilərsiz.

Qarşısının alınması

Həyəcan tutmalarının və ya panik pozulmalarının qarşısını almaq üçün xüsusi bir yol yoxdur. Ancaq bu tövsiyyələr kömək edə bilər:

- Panik atakların pisləşməsini və ya daha tez-tez baş verməsini dayandırmaq üçün mümkün qədər tez müalicə alın.

- Residivlərin və ya panik atak əlamətlərinin pisləşməsinin qarşısını almaq üçün müalicə planınıza dəqiq eməl edin.

- Narahatlıqdan qorunmaqda rol oynaya biləcək müntəzəm fiziki fəaliyyətlə məşğul olun.

Nevroloq Sevinc Mir Seyid
Milli.Az