Mətanəti səsinə görə toydan qaçırtmaq istəyiblər - VİDEO

29 İyun 2022 17:30

"Məni toydan qaçırtmaq istədilər. Bu hadisənin şahidi olan müğənni var. Toyda mən oxuyarkən belə addım atmaq istədilər".  

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova qonaq olduğu "Səhər mərkəzi" verilişində deyib.  

O, sonra bunları qeyd edib:

"Elçi gələn, aşiq olan, söz göndərən də olub. Müğənni olduğum üçün çox peşmanam".
Sənətçi bildirib ki, həmkarlarından fərqli olaraq o, rola girə bilməyi bacarmır:  

"Təqdimatdan çox şey asılıdır. Məni düzgün təqdim etmədilər. Rola girə bilmirəm, səmimi insanam. Necə varamsa, eləyəm. Deyirlər ki, yamanam. Rola girməsən, səni qəbul etmirlər. Zaman, dövr dəyişib. Başa düşən düşür, düşməyən isə... İndi bu tərəfi fikirləşin də..."  

Milli.Az