Üzrü qələtindən böyük

29 İyun 2022 14:21

Kremlin təbliğat maşının əsas simalarından hesab olunan Vladimir Solovyov yenə öz ampluasındadır. Növbəti dəfə iki ölkə arasında münasibətlərə xələl gətirə biləcək addımlara rəvac verən baş təbliğatçının erməni sevgisi bitib tükənmir. Ermənidən artıq erməni olmağa şalışan Solovyovun 44 günlük müharibə zamanı ermənipərəst və birtərəfli mövqeyi hər bir azərbaycanlıya yaxşı məlumdur. Bu dəfə isə öz verilişinin efirində erməni separatçılarından biri David Babayanla danışıb. Üstündən bir gün keçmiş isə guya səhvini başa düşərək azərbaycanlılardan üzr istəyir. Lakin onun üzrü günahından böyükdür. Belə ki, qələtində etiraf edib ki, "Qarabağ təmsilçisi" efirə verilibsə, Azərbaycan təmsilçisini də efirə verməli idi. Yəni bitrəfərli olduğuna görə üzr istəyib. Etitaf edib ki, böyük siyasi səhvə yol verib.

Solovyovun korşalan beyninə bir-iki məsələni yada salmaq zəruridir. Əvvəla, bu tip anlamalıdır ki, heç bir özünə hörmət edən azərbaycanlı ekspert Azərbaycana, onun ərazi bütövlüyünə və müstəqilliyinə hörmət etməyən hər hansı bir kəslə əlaqə saxlamayacaq.

İkincisi, "Qarabağ tərəfi" deyilən bir məfhum yoxdur. Siz öz verilişlərinizə istədiyiniz qədər kloun dəvət edə bilərsiniz, lakin bununla Rusiyanın ziyanına işləmiz olacaqsınız. Sabah Azərbaycan kanalları tatar, Dağıstan, çeçen separatçılarından müsahibə almağa başlasa, o zaman təəccüblənməyin.

Üçüncüsü, çox güman ki, yaxın vaxtlarda Bakı Solovyovun bu və ya digər şəkildə iştirak etdiyi bir sıra Rusiya KİV-lərini yenidən bloklayacaq. Bakı ilə Moskva arasında münasibətlərin korlanmasında isə yalnız Solovyov günahkar olacaq. Kimsə medianın münasibətlərin qurulmasında əhəmiyyətsiz rol oynadığını düşünür. Amma bu axmaqlar çox yanılırlar. Rusiya və biz çətin vəziyyətdəyik və hər bir tərəfdaşın, hətta daha çox müttəfiqin itirilməsi bir ölkə olaraq bizə ağır zərbə vurur. Ona görə də bütün təbliğatçılar düşünməlidirlər, bəlkə Rusiyanın iki müttəfiqi arasında münaqişələrdə neytrallığı saxlamağa başlamaq və nəticədə hər ikisini itirməmək vaxtıdır!? Bunun arxasında hər bir azərbaycanlı mütəxəssisdən, ekspertdən 100 dəfə düşünmək xahişi var - Solovyov və onun kimilərin efirləri ilə çirklənməyə dəyərmi!? Bu insanlar Azərbaycana, azərbaycanlılara nifrət edirlər, ümumiyyətlə, şovinistdirlər. Vaxtınızı, şərəf və ləyaqətinizi onlara sərf etməyin.

Kamran Seyidov
Milli.Az