Keçmiş arvadını öldürüb, özünü də doğrayıb

29 İyun 2022 14:07

Moskvanın cənubundakı mənzildə paytaxt sakini keçmiş arvadını öldürüb, sonra özünü doğrayıb.

Milli.Az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.

"2022-ci il iyunun 28-də Moskva şəhərinin Lipetskaya küçəsində yerləşən yaşayış binasının mənzilində münaqişə zəminində kişi keçmiş arvadını qətlə yetirib, daha sonra isə özünə bıçaqla xəsarət yetirib", - məlumatda deyilir.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi ("Qətl") ilə cinayət işi başlanıb, idarədən bildirilib.

İrfan Vəliyev
Milli.Az