Zibillikdən 2 min dollara yaxın pul tapıb

29 İyun 2022 14:15

Miqrant Moskva zibilxanasında yüz min rubldan çox (təminən 1970 dollar) pul tapıb və polisə müraciət edib.

Milli.Az bildirir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Mənbənin bildirdiyinə görə, Yujnıy Medvedkovo rayonunda məktəbdə xadimə işləyən Qırğızıstan əsilli şəxs zibillikdə 10 ədəd 100 dollarlıq əskinas, 15 ədəd 5000 rublluq əskinas, min rublluq 5 əskinas və 50 rubl olan palto və corab olan çanta tapıb. Həmin şəxs pulu götürərək əmanətin sahibini təkbaşına tapmağa çalışsa da, bir müddət sonra polisə müraciət edib. Faktla bağlı yoxlama başladı.

İrfan Vəliyev
Milli.Az