Tina Kandelaki də sanksiya qurbanı oldu

29 İyun 2022 14:45

ABŞ rusiyalı teleaparıcı, media meneceri Tina Kandelakiyə qarşı sanksiya tətbiq edib.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi və Dövlət Departamenti məlumat yayıb. Sanksiya siyahısına ümumilikdə 50-dən çox fiziki şəxs və 110-dan çox qurum daxil edilib.

Bundan başqa, ABŞ 500 rusiyalıya qarşı viza məhdudiyyəti tətbiq edib.
Milli.Az