Xalqın dərdi "Difai" gündəmində "Kəpəz" televiziyasının gözü ilə - YENİLƏNİB - VİDEO - FOTO

29 Mart 2012 18:49
14:47

Milli.Az-ın məlumatına görə, Kəpəz Televiziyası "Difai" və "Difai hamisi" adlı yeni sənədli-bədii və tarixi araşdırma filmlərini istehsal edib.

"Difai" filmi ictimai xadim Əhməd bəy Ağaoğlu və həmfikirləri tərəfindən yaradılan eyniadlı partiyanın fəaliyyətindən bəhs edir. Film XX  əsrin əvvəllərində azərbaycanlıların "Daşnaksütun" partiyası, eləcə də onların çar Rusiyasında olan havadarlarına qarşı apardıqları mübarizədən danışır.

"Difai hamisi" adlı ikinci film, partiyanın Gəncə şöbəsinin sədri, Azərbaycanın ilk şeyxülislamı, "Məktəbül-xeyriyyə"nin banisi, xeyriyyəçi Axund Molla Məhəmməd Pişnamazzadənin həyat və yaradıcılıq yolundan, ictimai fəaliyyətindən bəhs edir.

Hər iki filmin müəllifi Ayaz Əbülfəzoğlu, rejissoru Çinarə Əliyeva, quruluşçu operatoru Fuad Quliyev, montaj və dizayn isə Məhəmməd Hətəmov, Azər Bayramovdur.

Hər iki film Kəpəz Televiziyasının efirində 31 mart, saat 19:20 və 21:15-də ilk dəfə nümayiş etdiriləcək.

Qeyd edək ki, "Difai" Partiyasının digər üzvləri haqqında sənədli filmlərin istehsalı silsilə xarakter daşıyacaq.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.









----------
18:49