Brilliant Dadaşovadan həyat yoldaşı ilə bağlı paylaşım - VİDEO

30 İyun 2022 04:22

Xalq artisti Brilliant Dadaşova həyat yoldaşı Ədalət Hacıyevlə bağlı paylaşım edib.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, müğənni həyat yoldaşının ad günü olduğunu vurğulayıb.

O, video yayımlayaraq "Ədalət müəllim, ad günün mübarək. Çox sağ ol, mənə gözəl bir oğlan hədiyyə etmisən. Səni də, o oğlanı da çox sevirəm. Təbrik edirəm, neçə-neçə belə illərə çıxasan, Allah sənə can sağlığı versin" sözlərini söyləyib.

Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyevin 63 yaşı olur.

Milli.Az