Rusiya ilə müharibəyə hazır olmalıyıq - Britaniya

29 İyun 2022 17:45

Böyük Britaniya Rusiya ilə müharibəyə hazır olmalıdır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Britaniyanın Baş Qərargah rəisi Patrik Sanders deyib.

O, Rusiya işğalını nasist Almaniyasının yüksəlişinə bənzədib:

"Müharibədə deyilik, lakin sürətlə hərəkət etməliyik ki, regional genişlənmənin nəzarətdən çıxması səbəbindən müharibəyə daxil olmayaq".

Milli.Az