Vilayət Eyvazov polkovnik-leytenantı Bakıda rəis təyin etdi

29 İyun 2022 09:30

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi baş tutub.

Milli.Az Manset.az-a istinadən bildirir ki, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə polis polkovnik-leytenantı Tural Nəzərov Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin rəisi təyin edilib.

Qeyd edək ki, Tural Nəzərov bundan əvvəl 15-ci polis bölməsində rəis müavini olub.

Milli.Az