Avropalı fermerlər inəklərilə birgə etiraza çıxdılar - VİDEO

29 İyun 2022 15:22

Niderlandlı fermerlər hökumətin azot tullantılarına məhdudiyyət tətbiq etmək planlarına cavab olaraq parlament binası qarşısında qeyri-adi etiraz aksiyası keçiriblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, etirazçılar qanunun qüvvəyə minəcəyi təqdirdə heyvanları öldürəcəkləri ilə hədələyərək özləri ilə inəklərini də gətiriblər.

Qeyd edək ki, atmosferə azot tullantılarının əsas mənbələri mal-qara və gübrələrdən istifadədir. Niderland 2030-cu ilə qədər emissiyal həcmini iki dəfə azaltmağı planlaşdırır ki, bu da bəzi fermerləri işsiz qoyacaq.

Milli.Az