Su anbarına yıxılan qızı iki saat qollarında saxladı - VİDEO

29 İyun 2022 21:37

Xilasedici su anbarına yıxılan 15 yaşlı qızı iki saatdan çox qollarında saxlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Rusiyanın Krasnoyarsk şəhərində qeydə alınıb. 

RF Fövqəladə Hallar Nazirliyinin regional qərargahından bildirilib ki, yeniyetmə gəzərkən Minusinsk rayonunda bəndin su anbarına düşüb və güclü axın onu şlüzə tərəf aparıb.

Qurumdan vurğulanıb ki, xilasedicilərdən biri iki saatdan çox yeniyetməni qollarında tutub.

Milli.Az