BMT Əfqanıstanda çağırış etdi

29 İyun 2022 10:52

BMT sisteminin qurumları donorları Əfqanıstanda zəlzələ nətəcəsində zərər çəkənlərə fövqəladə yardım üçün 110 milyon dollar ayırmağa çağırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə BMT-nin saytında qeyd olunub.

Məlumata əsasən, göstərilən məbləğ növbəti üç ay ərzində ən çox zərər çəkmiş Paktika və Xost əyalətlərində 362 min nəfərə fövqəladə yardım göstərmək üçün hesablanıb.

Qeyd olunub ki, Əfqanıstanda baş verən zəlzələ nəticəsində yaşayış binaları, tibb müəssisələrinin binaları və məktəblər dağılıb. Bundan başqa, su və elektrik təchizatı sistemləri zədələnib.

Milli.Az