Mahir qol vurdu, “Dinamo” yenə darmadağına sevindi

29 İyun 2022 08:59

Xorvatiya çempionu "Dinamo" yeni mövsümə hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib. Milli.Az matc.az-a istinadən bildirir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də formasını geyindiyi Zaqreb təmsilçisi Sloveniyanın "Nafta 1903" komandası ilə üz-üzə gəlib.

Xorvatlar bu görüşdə darmadağına seviniblər - 3:0. Mahir də bu görüşün iştirakçısı olub. O, fasilədən dərhal sonra, 46-cı dəqiqədə meydana buraxılıb və sonadək mübarizə aparıb. Komandasının sonuncu qolunu da 83-cü dəqiqədə Emreli vurub.
 
Xatırladaq ki, "Dinamo" ilk sınaq matçında Şimali Makedoniyanın "Şkendiya" komandasına da 3:0 hesabıyla qalib gəlmişdi.

Milli.Az