Bayden Ərdoğanla görüşəcək

29 İyun 2022 08:26

ABŞ və Türkiyə prezidentləri Co Bayden və Rəcəb Tayyib Ərdoğan NATO sammiti çərçivəsində Madriddə ikitərəfli görüş keçirəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ağ Evdən xəbər veriblər.

"Prezident Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşərək alyansın (NATO) birgə müdafiəsi və təhlükəsizliyi məsələlərini, eləcə də ikitərəfli münasibətlərin bir sıra mühüm məsələlərini müzakirə edəcək", - deyə qeyd olunub.

Milli.Az